Dövlət çörəyin sabit qiymətini təmin edir
Azərbaycanda hökumət buğda idxalını tam nəzarətə alıb. İdxalın yarıdan çoxu dövlətin hesabına maliyyələşir.
Bu il Nazirlər Kabineti Taxıl Fondunun dövlət ehtiyatı həcmini 750 min ton, illik idxalı 1,4 mln ton müəyyən edib. Sonuncu dəfə hökumət 2012-ci ildə 500 min ton buğdanın satın alınması barədə ictimaiyyətə məlumat verib.
Taxıl şirkətlərindən birində Turan-a deyiblər ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Taxıl Fondunun ehtiyatı 5 özəl şirkət hesabına təmin edilir. Onlar yeni mövsümün taxılını alır, köhnə ehtiyat unüyütmə kombinatlarına verilir. Hazırda Rusiyadan buğda alınır. Sərhəddə 1 ton buğdanın qiyməti $230-240-dır.
«İndiki qiymət yaxşı rentabellliliyi olan müəssisələr üçün rentabellidir. İdxalçılar az qazanır. Unun qiyməti 1,5 manat artsa, qiymət dəyişməz qalmalıdır», deyə idxalçı şirkətin təmsilçisi bildirib.
Qiymət ifadəsində buğda idxalı 9 ayda 42% azalıb və $172,2 mln təşkil edib. I rübdə 1 ton unun pərakəndə qiyməti $600-ı keçib.
Gömrük Komitəsinin məlumatına görə, I yarımildə Azərbaycana $139 mln məbləğində 533,7 min ton buğda idxal olunub. Bir tonun qiyməti 262,1$ təşkil edib. Məhsulun 400 min tonu Qazaxlstandan alınıb.
2013-cü ildə Azərbaycan 1 mln. 442 min ton buğda alıb. Dövlət Taxıl Fondu 2008-ci ildə yaradılıb. Əvvəllər Fond ildə 280 min ton buğda alıb. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz