Dövlət Gömrük Komitəsində iki yeni sədr müavini
Bakı/09.07.18/Turan: Dövlət Gömrük Komitəsinin rəhbərliyində kadr dəyişikliyi olub. Dövlət başçısı bu quruma iki yeni sədr müavini təyin edib.
Dövlət Gömrük Komitəsinin yeni sədr müavini İqbal Babayev 2008-ci ildən gömrük orqanlarında fəaliyyət göstərir. Bundan əvvəl Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, olub. I. Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 1986-cı ildə Kiyev İnşaat Mühəndisliyi Universitetini bitirib. Karyerasını bu universitetlə başlayıb. Texnika elmləri doktorudur.
Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov gömrük sistemində 1999-cu ildən fəaliyyət göstərir. 1967-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. "Bakı konditioneri" İB-də, Azərbaycan və Rusiyanın digər istehsal müəssisələrində işləyib. DGK-ya sədr müavini vəzifəsinə təyin edilməzdən əvvəl Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Onlar vəzifədən azad edilən Nazim Məmmədov və Şahin Bağırovu əvəz edib.
Hazırda DGK sədri Səfər Mehdiyevin bir birinci müavini və 4 müavini var. 08D--
-
- Söz istəyirəm
- 9 İyul 2018 10:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz