Dövlət inhisarçılarının nizamnaməsinə maliyyə hesabatlılığı üzrə düzəlişlər edilib
Nazirlər Kabineti dövlət inhisarçılarının nizamnaməsinə düzəlişlər edib. Düzəlişlər maliyyə hesabatlılığının açıqlanması ilə bağlıdır.
Düzəlişlər Azərbaycan Hava Yolları" QSC, "Azəryolservis" ASC, «Azərsu», «Azəristiliktəchizat», Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Bakı Metropoliten İdarəsinin nizamnaməsinə edilib. Əgər əvvəllər bu strukturların nizamnaməsində illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birgə mətbuatda dərc edilməsi öhdəliyi göstərilirdisə, yeni redaksiyada "qanunla müəyyən edilmiş qaydada" norması müəyyən edilib.
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri illik maliyyə hesabatlarını mətbuatda dərc edib korporativ saytda yerləşdirməli və Maliyyə Nazirliyinə təqdim etməlidir. Bu dövlət strukturlarından «Azəristiliktəchizat» ASC maliyyə şəffaflığı cəhətdən daha çox qanuna əməl edəndir. O, 2011-ci ilin maliyyə hesabatını dərc edib və saytında yerləşdirib. «Azərsu» ASC-nin saytında sonuncu maliyyə hesabatı 2010-cu ilə aiddir. Qalan dövlət strukturları şəffaf deyil. --08D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz