Dövlət Neft Fondu noyabrda hərraclarda 301,5 mln. dollar satıb
Azərbaycan Dövlət Fondu bildirib ki, noyabrda hərraclarda 301,5 mln. dollar satıb. Amma Azərbaycan Mərkəzi Bankının informasiya siyasətinin qeyri-şəffaf olması ilə əlaqədar noyabrda bu müəssisə və ölkənin kommersiya bankları tərəfindən valyuta satışı həcmi haqqında məlumat əldə etmək mümkün deyil.
Qeyd edək ki, oktyabrdan valyuta hərracları yeni qayda ilə keçirilir, bu qaydalara əsasən, kommersiya bankları dolları həm almaq, həm də satmaq hüququna malikdir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, Amerika valyutasına aylıq tələbat 1-1,5 mlrd. dollar təşkil edir.
Bununla belə, oktyabrın ortalarından dollar durmadan bahalaşır. Oktyabrın 18-də dollar 1,5969 manat idisə, dekabrın 2-də məzənnə 1,7339 manat müəyyən olunub. -71D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz