Dövlət Taxıl Fondu yerli buğdanın tədarükünə başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi 1 iyul tarixindən Dövlət Taxıl Fondu üçün buğda tədarükünü elan edib.
Buğdanın satınalma qiyməti bir ton üçün 250 manat təşkil edir. Buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarına əsasən, 3-cü sinif keyfiyyətində olmalıdır.
Hökumətin qərarına əsasən, Dövlət Taxıl Fondunda buğda ehtiyatlarının həcmi 750 min tondan az olmamalıdır. Fondda mövcud ehtiyatlar və ötən il yerli fermerlərdən nə qədər buğda alındığı barədə Turan-a informasiya verməyiblər.
Dövlət Taxıl Fondu 2008-ci ildə yaradılıb. Onun yaradılması və ehtiyatlarından istifadə barədə Əsasnamə 2009-cu ildə təsdiq edilib. Fond əvvəllər ildə 280 min ton buğda alırdı. Bu ilin əvvəlimə Fondun ehtiyatları 500 min ton olub.
Fondun ehtiyatları Qazaxıstan və RF-dən dövlətin hesabına alınan buğda hesabına formalaşır. 08D
-
- Cəmiyyət
- 2 İyul 2015 12:01
-
- İqtisadiyyat
- 2 İyul 2015 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz