Dövlət xarici borcu 9,7% azalıb
Bu il yanvarın 1-i üçün Azərbaycanın xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları (12,241.3 milyon manat) olub. Bu, ötən ilin əvvəlindəkindən 1% çoxdur.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin dördüncü rübündə xarici dövlət borcu $737,5 mln azalıb.
Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 20.4 faiz təşkil edib.
Maliyyə Nazirliyi dövlət borcunun strukturu haqda məlumat vermir, yalnız onu qeyd edir ki, xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Əvvəlki hesabatlardan fərqli olaraq, nazirlik borcların valyuta strukturu və onların ödənilmə müddəti barədə məlumat vermir.
2017-ci ildə dövlət xərclərinin 10%-i (1 mlrd 641 mln manat) xarici və daxili dövlət borcunun ödənilməsinə yönəldiləcək. 08D
-
- Mədəniyyət
- 13 Mart 2017 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz