DQİ-lərin gəlirliliyi 5,5%-ə düşüb (YENİLƏNİB)
Bu gün (12 iyul) Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qısamüddətli (91 gün) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac istiqrazların gəlilrliliyinin nöbvəti dəfə azaldığını göstərib.
Təklifin ümumi həcmi 10 mln manat olub. Birjanın məlumatına görə, 8 investor ümumi həcmi 41 mln manat olan 16 sifariş verib. İnvestorlar 15%-dək gəlirlilik gözləyib.
Amma tələb yüksək olduğu üçün minimal gəlirlilik 6,06%, ortaölçülmüş qiymət illik 5,51% təşkil edib.
Xatırladaq ki, ötən hərracda ortaölçülmüş gəlirlilik 6,8% olub. --08D—
2016 İyul 12 (Çərşənbə axşamı) 15:01:08
Bu gün, iyulun 12-də Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Maliyyə Nazirliyi bu dəfə ümumi nominal qiyməti 10 mln manat olan istiqrazlar yerləşdirmək niyyətindədir.
BFB-nin məlumatına görə, DQİ-lərin dövriyyə müddəti cəmi 91 gündür. Sonuncu dəfə (5 iyul) 91 günlük istiqrazlar üzrə gəlirlilik illik 6,8% təşkil edib.
DQİ-lərin gəlirliliyinin azalması inflyasiyanın nisbətən aşağı olması (illik hesablamada 10,5%) və bir sıra bankların yüksək likvidliyi ilə izah edilir. Dövlət QK-a tələb təklifdən bir neçə dəfə çoxdur. 08D
-
- İqtisadiyyat
- 12 İyul 2016 18:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz