DSMF 1 iyun üçün hesabat verib
2013-cü ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin yarıdan çoxu icbari sosial sığorta ödənişləridir. Daxil olan 1 mlrd 091,8 mln manatdan 594,6 mln və ya 58,3% bu növ üzrədir (216,1 mln büdcə təşkilatları, 378,5 mln özəl sektor). Qalan vəsait dövlət büdcəsindən transfertlərdir. DSMF-nin xərcləri 1 mlrd 030,9 mln manat olub. Pensiya ödənişinə 1 mlrd 12,3 mln manat, müavinətlərə 23,7 mln manat ayrılıb. DSMF büdcəsinin profisiti 60,9 mln manat təşkil edib.
DSMF-nin 2013-cü il büdcəsi 2 mlrd 632 mln 695 min manatdır. --17D-
-
- İqtisadiyyat
- 7 İyun 2013 14:54
-
- İqtisadiyyat
- 7 İyun 2013 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz