Şimal-qərb regionunun sahibkarlarına güzəştli kreditlər verilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən 155,8 mln manat, güzəştli kreditlər verib, deyə SKMF-nin press-relizində bildirilir. Bu il artıq 1 721 layihə maliyyələşdirilib.
SKM cümə günü Zaqatalanın Aşağı Tala kəndində şimal-qərb regionunun sahibkarları ilə görüş keçirib. Tədbirdə 100-ə yaxın sahibkarın iştirak edib.
SKMF-ın icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 1 366 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 81,8 mln manat kredit verilib.
Bu kreditlərin reallaşdırılması 6 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır", deyə Abdullayev bildirib.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 840 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, bağçılıq, xalçaçılıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 150-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. --17D-
-
- İqtisadiyyat
- 7 İyun 2013 14:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz