DSMF-yə mədaxil 20% artıb
2017-ci ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artaraq 905,3 milyon manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər 464,2 milyon manat təşkil edib. Bu, ötən ilin yanvar-martındakından 12% çoxdur, deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verir.
Qeyri-dövlət sektoru Fonda 295,3 mln manat mədaxil təmin edib. Bu, ötən ilin yanvar-martındakından 30 mln manat çoxdur.
Qalan vəsait dövlət büdcəsindən transfertdir.
Pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 0,3 faiz və ya 3 min 771 nəfər artaraq 1 mln 319 000 nəfərə çatıb.
Nazirliyin məlumatına görə, əmək pensiyalarının orta aylıq məbləği 202,38 manata çatıb. Bu, Avropa Sosial Xartiyasının tələblərinə uyğundur: orta əmək pensiyalarının orta əmək haqqına nisbəti 44,9%-dir.
Sığortaolunanların fərdi uçot sistemində uçota alınanların sayı 3 mln 443 min 760 nəfərə çatıb. Bu, ilin əvvəlindəkindən 2,13% çoxdur. 08D
-
- İqtisadiyyat
- 5 Aprel 2017 15:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz