Dünya otel brendləri iqtisadi inkişafa sübutdur
2015-ci ildə neftin qiyməti üç dəfə enib və bu səbədən Azərbaycanı gəlirləri və xərcləri kəskin azalıb. 2015-ci ildə büdcə xərclərinə qənaət etmək mümkün olub. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir. Bu barədə prezident İlham Əliyevin Davos İqtisadi Forumunun saytında dərc olunan “
“Azərbaycan iqtisadiyyatının gələcəyi”adlı məqləsində deyilir.
İ.Əliyev qeyd edib ki, son illər Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Bundan əlavə, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görüb.
Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.
Məqsəd qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır.
Dövlət başçısı ölkənin nailiyyətləri sırasında turizm sektorunun inkişafını, Bakıda dünya otel brendlərinin fəaliyyətini, ASAN xidmətin yaradılmasını, beynəlxalq ticarət limanının inşasını göstərib.-16D-
-
- İqtisadiyyat
- 21 Yanvar 2016 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz