ƏDV-dən azad edilən idxal mallarının sayı azaldılıb
Nazirlər Kabinetinin 8 noyabr tarixli 11 nömrəli qərarına əsasən, dəyişiklik edib. Qərarda əlavə dəyər vergisindən azad olunan malların siyahısında dəyişiklik edilib.
ƏDV ödənişindən azad edilən malları siyahısından bunlar çıxarılıb:
- qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;
- Gücü 750 meqavatdan artıq olan buxar-qaz elektrik stansiyalarının tikintisi üçün məcmu dəyəri 500 (beş yüz) milyon manatadək olan mal və avadanlıqlar;
Qərar bu gün qəbul edilib, dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Gələn il yanvarın 1-dən ARDNŞ gəmiqayırma zavodu və “Norm” MMC sement zavodu üçün idxal edilən mal və avadanlığın ƏDV-dən azad edilməsi müddəti bitir.
"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Nazirlər Kabinetinin 11 nömrəli qərarı 2005-ci il 31 yanvar tarixdə qəbul edilib. O vaxtdan siyahıya əlavələr edilib və o, 9-dan 24-ə artırılıb. 08B
-
- Cəmiyyət
- 19 Noyabr 2013 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz