Əfqanıstan və Qazaxıstan BTQ-yə qoşulmaq istəyir
Azərbaycanda «Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransı keçirilir.
Baş nazirin müavini Abid Şərifov prezident İlham Əliyevin tədbir iştirakçılara müraciətini çatdırıb. Mətnə görə, “Şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastruktur qurur, yük daşımaların idarə olunması, mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”. Müraciətdə bildirilir ki, iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsizlik və ekoloji normalara uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir. Bu xətt multimodal imkanlarını genişləndirəcək, sərnişin və yük daşımaların həcmini artmasını təmin edəcək.
Konfransda məluma olub ki, Əfqanıstan və Qazaxıstan BTQ-yə qoşulmaq istəyir. --17D—
-
- İqtisadiyyat
- 16 Oktyabr 2014 14:51
-
- İqtisadiyyat
- 16 Oktyabr 2014 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz