Əfqanıstana Azərbaycanın hesabına mini-NEZ
Yaxın vaxtlarda Azərbaycan Əfqanıstan iqtisadiyyatına $1-2 mlrd qoymağı planlaşdırır. Bu vəsaitlər müxtəlif sahələrə yönəldiləcək. Bu barədə dünən Azərbaycanın Əfqanıstandakı səfiri Daşqın Şikarov ATV telekanalına bildirib.
Səfir bildirib ki, Azərbaycandan özəl investorlar əfqan bazarında iştirak edir.. "Beş il öncə Azərbaycan investoru əfqan tərəfdaşı ilə birgə Məzari-Şərifdə mini-NEZ tikintisinə $30 mln investisiya qoyub. Əvvəllər bu müəssisə sutkada 500 ton neft emal edib. Hazırda onun gücü sutkada 1000 tondur", - deyə diplomat bildirib. Şikarovun sözlərinə görə, gələcəkdə emal gücü sutkada 1500 tona çatdırılacaq. --12В—
-
- İqtisadiyyat
- 16 Avqust 2013 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz