Əhalinin bank əmanətlərində xarici valyuta 81%-dək azalıb
Mərkəzi Bankın hesabatına görə, əhalinin bank əmanətlərində xarici valyutanın səviyyəsi azalıb – yanvarın 1-də 85%, 1 apreldə 81% olub.
Bank əmanətləri və depozitlərinin dollarlaşması səviyyəsi də cüzi azalıb – əgər yanvarın 1-də bu seqmentdə xarici valyuta 76,4% idisə, 1 aprel üçün 74,9% təşkil edib.
Xarici valyuta ilə bank əmanətləri və depozitlərinin pul kütləsinə nisbəti də azalıb – 1 yanvarda 59,6%, aprelin 1-də 56,7%. --17D—
-
- Siyasət
- 16 May 2016 14:24
-
- İqtisadiyyat
- 16 May 2016 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz