Ekspert: «Mərkəzi Bankın qərarı hakimiyyətin acizliyini göstərir»
Azərbaycandan valyuta köçürmələrinə $10 min həcmində limit tətbiq edilməsi barədə qərar bir daha göstərir ki, hökümət hələ də Azərbaycandan kənara valyuta axınının qarşısını almaqda çətinlik çəkir və onun həllində acizdir. Tanınmış iqtisadçı Qubad İbadoğlu belə hesab edir.
Azərbaycan Mərkəzi Bankının qərarına görə, dekabrın 8-dən rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000 АBŞ dоllаrı, ay ərzində isə 10000 АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.
Bu qərarı şərh edən Q.İbadoğlu öz Facebook səhifəsində yazıb ki, bu cür limit xaricdə təhsil alanlar üçün problem yaradacaq.
“Məsələn, mənim professoru olduğum Duke Universitetində 1 illik təhsil haqqı yaşayış xərcləri ilə birlikdə 65 min dollardır. Bizim limitə görə, övladı belə universitetlərdə oxuyan valideyn bu vəsaiti 6,5 ay ərzində köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq.
Digər tərəfdən, valyutanın sərbəst hərəkəti investorlar üçün də əhəmiyyətli məsələdir, o qeyd edib. –71D-
-
- Cəmiyyət
- 7 Dekabr 2016 17:11
-
- İqtisadiyyat
- 7 Dekabr 2016 17:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz