Ekspertlər sahibkarlara sərt tədbirlər vəd edir
Hökumətin iqtisadi siyasəti nəticəsində ölkənin büdcəsində gəlirlər azalıb. 2014-cü ildə sahibkarlar, iş adamları, kiçik və orta bizneslə məşğul olan vətəndaşları ciddi problemlər gözləyir. Ekspertlərin fikrincə, hökumət büdcə problemlərini kiçik biznesin hesabına vergi və gömrükdə sərt tədbirlər hesabına həll etmək istəyir.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, ölkədə iqtisadi və investisiya layihələri üçün heç bir ciddi zəmin yoxdur, Ona görə 2014-cü ildə dövlət büdcəsinin gəlirlər hissəsində 4% azalma olduğu halda vergi və gömrük mədaxili hesabına gəlirləri 15% artırmaq real görünmür.
2014-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, vergi orqanları yığımda 712 mln, gömrükçülər 130 mln manat artıma nail olmalıdır. Əgər iri biznesin hakim ailə və oliqarxların əlində cəmləndiyi nəzərə alınsa, büdcəyə $1,1 mlrd məbləğində artımın yükü kiçik və orta biznesin üzərinə düşəcək, deyə Cəfərli hesab edir. O, sahibkarlara təklif edir ki, bütün bunlardan qorunmaq üçün ictimai birliklər yaratsınlar.
Məlumata görə, bu ilin dördüncü rübündən sadələşdirilmiş vergi üzrü rüblük məzənnə artmağa başlayıb. 08B
-
- İqtisadiyyat
- 14 Oktyabr 2013 15:20
-
- Siyasət
- 14 Oktyabr 2013 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz