«Elektron hökumət» potalına yeni qoşulmalar
“Bank Technique” “Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə ilə elektron arayışlar sisteminə qoşulub. Məlumat Hesablama Mərkəzinin bu sahədə əməkdaşlıq etdiyi bankların sayı 18-ə çatıb.
“Bankla portalın operatoru, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi arasında imzalanmış sazişə əsasən, vətəndaşlar iş yerindən arayışlarını elektron formada banka təqdim edə bilərlər”,- deyə məlumatda qeyd edilir.
Yeri gəlmişkən, e-arayışlar “Bank Technique”in bütün xidmət nöqtələrində qəbul edilir.
Bu xidmət vətəndaşlara 7 dövlət qurumundan elektron qaydada arayış almağa imkan verir. Gələcəkdə vətəndaşa aid fərdi məlumat üzrə elektron arayışlar verən dövlət qurumlarının sayının artırılması planlaşdırılır. --17D—
-
- Foto sessiyalar
- 18 İyun 2015 16:34
-
- İqtisadiyyat
- 18 İyun 2015 17:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz