Elektron hökumət yalnız pensiyaçılar arasında populyardır
Bu ilin 9 ayında 95 min 701 nəfər DSMF-nin “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərindən istifadə edib və hazırda DSMF “Elektron hökumət” proqramının ən fəal iştirakçılarından biridir.
DSMF mətbuat xidməti məlumat verir ki, istifadəçiləri pensiya kapitalı, onun hesablanması, icbari sosial sığorta növləri, onların ödəniş qaydalarıfərdi informasiya əldə etmə ardıcıllığı maraqlandırır. “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı xidmətlər də populyardır.
54 min 679 nəfər icbari dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatların təqdim edilməsi ilə maraqlanıb.
Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırlıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya olunması nəzərdə tutulur. --17D—
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 15:21
-
- Cəmiyyət
- 17 Oktyabr 2013 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz