Dövlətstatkom iqtisadiyyatın əsas indeksini prezidentdən 10 gün sonra açıqladı
Dövlət Statistika Komitəsi oktyabrın 17-də bu ilin 9 ayı üçün iqtisadiyyatın əsas indeksini açıqlayıb. Hələ oktyabrın 7-də dövlət başçısı İlham Əliyev bu rəqəmi Nazirlər Kabinetinin iclasında səsləndirmişdi. Bəlkə də, bu, makroiqtisadi göstəricilərin tez açıqlanması üzrə ilk hal idi və Dövlətstatkomun iş qrafiki ilə uyğun gəlmirdi.
Beləliklə, İlham Əliyev əvvəlcədən açıqladığı kimi, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb.
Dövlətstatkomda Turan-a bildiriblər ki, qeyri-neft ÜDM-i 10,4% artıb. ÜDM-də qeyri-neft iqtisadiyyatının xüsusi çəkisi 55,9%-ə çatıb. Ötən ilin eyni dövründə o, 51,1% idi. Neft-qaz sektorunun ÜDM-də payı 47,9%-dən 44,1%-ə düşüb.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində ÜDM strukturunda sənayenin xüsusi çəkisi 46,5% olub. ÜDM-də tikinti sektorunun payı 11,3%-ə çatıb. Xidmət sektorunun ÜDM-də ümumi iştirakı 29,9% təşkil edib.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib. 08D
-
- Söz istəyirəm
- 17 Oktyabr 2013 14:34
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz