Elit şirkətlərdə sığorta bazarı inkişaf edir
Yanvar-iyulda sığorta şirkətləri 283 mln 149,49 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilkindən 31,4 mln manat çoxdur. Sığorta ödənişləri 104,79 mln manat təşkil edib.
Gözlənilən kimi, «Paşa Sığorta» 43 mln 559,13 min manat və ya mükafatların 15,38%-i ilə liderliyi qoruyub. «Paşa həyat Sığorta» 35 mln 939,16 min sığorta haqqı toplayıb. Təsadüfi deyil ki, şirkət yaradılanda onun təmsilçisi demişdi ki, şirkət favoritlərin çoxunu ötəcək. Ekspertlər ilin əvvəlində «Atəşgah»a 3-cü yer vəd etmişdi. O, etimadı doğruldub - 29 mln 882,05 min manat.
«AzərSığorta»nın arsenalında spesifik icbari növlər olsa da, cəmi 24 mln 559,15 min manat toplayıb. «Atəşgah Həyat» 24 mln 385,36 min manatla 5-cidir.
FHN rəhbərinə bağlı olan «AzSığorta» 19 mln 828,75 min manat, «İpək Yolu Sığorta» 15 mln 345,16 min mükafat toplayıb.
Səkkizinci yerdə gələn «Qala Həyat» həmişəkindən daha çox - 13 mln 368,75 min manat sığorta haqqı yığıb. «Mega Sığorta» İSB üzvlüyü sayəsində 12 mln 403,04 min manat toplayıb.
Onluğu «Standard Insurance» (12 mln 14,04 min) qapayır. Onun nəticəsi gözlənilməz sayılmır.
* Bütün göstəricilər Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verilir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz