Əmlak sığortası mükafatlarının çoxu mənzillərin payına düşür
İcbari Sığorta Bürosunun üzvü olan şirkətlər daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 15 mln 745,84 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +19,5) mükafat yığıblar.
Bu dövrdə 142 min 343 müqavilə bağlanılıb (+ 37,1%). Noyabrda 1 mln 40,59 min məbləğində 12 min 324 müqavilə bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07%-i yaşayış evləri və mənzillər, 0,13%-i inzibati binalar, 21,80%-i digər daşınmaz əmlakla bağlı olub.
Daşınmaz əmlak üzrə maksimal sığorta ödənişi Bakıda 25 min, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, başqa yerlərdə 15 min manatdır. --17D—
-
- İqtisadiyyat
- 3 Dekabr 2014 17:54
-
- İqtisadiyyat
- 3 Dekabr 2014 17:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz