Əmtəə ixracının 95%-i neft-qazın payına düşür
Azərbaycan bu ilin 9 ayında $22,55 mlrd məbləğində neft-qaz məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən $897 mln və ya 3,8% azdır. Ölkənin ixracatında neft-qaz məhsulları ixracı 94,7% paya malikdir. Bu, ötən ilkindən 0,7% azdır.
Tədiyə balansının məlumatına görə, neft ixracında $20,3 mlrd (2012-ci ilin 3 rübündə $21,3 mlrd) və ya 94,4% xam neftin, $1,2 mlrd neft məhsullarının payına düşüb. İxrac strukturunda ABƏŞ-in xam neftinin qiyməti $19,1 mlrd ($20,1 mlrd) olub. Digər şirkətlər $1,2 mlrd ($1,2 mlrd), ARDNŞ $1015,5 mln ($1,1 mlrd) məbləğində paya malik olub.
Qaz ixracı həcmi $1045 mln olub. Bu, ötən ilin eyni dövründəkindən 11% çoxdur. --15B—
-
- Siyasət
- 13 Dekabr 2013 15:59
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 16:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz