2015-ci ildə Azərbaycana mal, qoyun, donuz və keçi əti idxalı 14,3% artıb. Bu göstərici qiymət ifadəsində cəmi 12,9% artıb, deyə Dövlət Gömrük Komitəsi məlumat verir.
İdxal edilən ətin 1 kq-ı $2,10-a bəyan edilir. Bu, 2014-cü ildəkindən $0,03 çoxdur.
2015-ci ildə Hindistandan Azərbaycana 2647,6 ton, Ukraynadan 1310 ton ət gətirilib. Hindistan mənşəli ətdən əsasən fast-fudlarda, Ukrayna ətindən McDonalds-larda istifadə edilir.
Ötən il Azərbaycana 71,8 min baş iri və xırda buynuzlu mal-qara idxal edilib. Bu, 2014-cü ildəkindən 120 min baş azdır. Onların idxalına $45 mln xərclənib. Qəribədir ki, ev heyvanlarının sayı azalsa da, onların xaricdə alınması xərcləri cəmi $ 2,2 mln azalıb.
2015-ci ildə xaricdə 12 670 baş cins mal-qara alınıb. Almaniyadan 5 190, Avstriyadan 1499, Macarıstandan 907, Rusiyadan 4252 baş iri buynuzlu mal-qara idxal edilib. Avropa inəkləri təxminənо $3 000, Rusiya inəkləri $1125-a alınıb. 08B
-
- İqtisadiyyat
- 21 Mart 2016 11:01
-
- Cəmiyyət
- 21 Mart 2016 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz