Expressbank SecureCode texnologiyasına keçib
“MilliKart”da xidmət olunan Expressbank SecureCode texnologiyasına keçərək onu artıq müştərilərinin istifadəsinə təqdim edib.
«MilliKart»ın tətbiq etdiyi SecureCode texnologiyası vasitəsilə Expressbank öz müştərilərini dələduzluq hallarından mühafizə və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin edəcək. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə ilə online ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir.
Bu parolu yalnız müştəri və bank bilir. Online mağazalar kimi üçüncü tərəflərin bu parolun bilməsi və görməsi tamamilə istisna olunur. 15D--
-
- İqtisadiyyat
- 2 Dekabr 2013 14:40
-
- İqtisadiyyat
- 2 Dekabr 2013 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz