Fermerlərə fındığı yeni texnologiyalarla basdırmağı öyrədəcəklər
Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları Zaqatalada “Fındıqçılığın inkişafında yeni texnologiyaların tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirib.
Zaqatalada fındıq istehsalı ailə təsərrüfatlarının əsas gəlir mənbələrindən biridir. Burda bir neçə iri ixtisaslaşdırılmış təsərrüfat da var. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun sovet dövründən o cümlədən fındıqçılıq üzrə bir neçə dayaq məntəqəsi var.
Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinə fındıq bağlarının genişləndirilməsini tapşırıb. Çünki onun ixracı ölkəyə valyuta gətirir. Nazirlikdə Turan-a bildiriblər ki, yaxın illərdə fındıq bağları iki dəfə artaraq 40 minə çatacaq. 2015-ci ilin əvvəlində fındıq bağlarının sahəsi 32,7 min ha olub.
Fındıq bağları Qax, Zaqatala, Balakənin düzənlik ərazilərindədir.
2015-ci ildə 32,5 min ton fındıq istehsal edilib. Yeni bağ sahələri hər il 4-5% artır.
Hazırda Azərbaycan 5 aparıcı fındıq ixracatçısından (Türkiyə, Gürcüstan, İtaliya və ABŞ-la birgə) biridir. Zaqatalada Fındıq İxracatçıları Assosiasiyası var. Onun Almaniya və Çexiyada nümayəndəliyi fəaliyyət göstərir.
International Nut&Dried Fruitin məlumatına görə, dünyada fındıq istehsalının 4%-i Azərbaycanın payına düşür. 08D
-
- Cəmiyyət
- 2 Dekabr 2016 12:28
-
- İqtisadiyyat
- 2 Dekabr 2016 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz