Fevralda ərzaq 0,9% bahalanıb
Fevralda Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 0,9% bahalanıb.
Yanvarda 6,4% ucuzlaşma qeydə alınmışdı.
Fevralda tqoyuq əti (+3,6%), içalat (+3,3%), süd (+6,9%), xiyar (+9,5%), alma (+31%) bahalanıb.
Yumurta (-66%), kərə yağı (-21%), şəkər tozu (-26,5%), düyü (-7,5%), peçenye (-5%), kartof (-16,%), soğan (-16,%) ucuzlaşıb.
Qalan ərzaq növlərinin qiyməti əsasən sabit qalıb.
Maraqlıdır ki, manat ucuzlaşdığı halda bir sıra idxaldan asılı mallar ucuzlaşıb. Ekspertlərin fikrincə, bu, gömrükdə yığımların leqallaşması və idxalçılardan rüşvətin qadağan edilməsi ilə bağlıdır.
2015-ci ilin dekabrında Bakıda istehlak malları 11,52% bahalanıb.
Həmçinin Turan-ın yanvarda verdiyi fevralda gözlənilən qiymət sabitliyi haqda proqnozu özünü doğruldub.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz