Fevralda istehlak qiymətləri 0,4% artıb
Dövlət Statistika Komitəsi fevralda 0,4% inflyasiya qeydə alıb. Yanvarda bir çox illərdə ilk dəfə deflyasiya qeydə alınmışdı: dekabrla müqayisədə istehlak qiymətləri 0,2% düşmüşdü.
DSK-da Turan-a deyiblər ki, fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Turan İA fevral ayında ərzaq malları bazarının monitorinqi zamanı ilkin tələbat mallarında, xüsusən yerli sitehsalda qiymət artımı qeydə alıb.
Yanvarda qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma,
uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
2013-cü ilin fevralında ölkədə inflyasiya 0,5% olub. 08D
DSK-nın məlumatına görə, fevralın 6-da bu qurumun rəhbəri Arif Vəliyevin BVF nümayəndə heyətinin rəhbəri cənab Raca Almarzogi ilə görüşündə bu il ölkədə inflyasiya məsələsi də müzakirə edilib. Hökumət 2014-cü ildə 3,5% inflyasiya proqnozlaşdırır. Ötən il rəsmi inflyasiya 2,2% olub.
-
- Söz istəyirəm
- 9 Mart 2014 23:07
-
- İqtisadiyyat
- 10 Mart 2014 11:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz