Fevralda sahibkarların 1%-dən azının qanunvericiliklə münaqişəsi olub
Fevral ayında 5 375 vergi ödəyicisinin fəaliyyətində vergi qanunverciliyinin pozulması faktları aşkarlayıb
Vergilər Nazirliyinin məlumatına görə, onların beşdə biri (1 min 35) qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi qəbul edib. 223 vergi ödəyicisi 591 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb edib. 231 fiziki və hüquqi şəxs tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı aşkar edilib.
Bundan başqa, 65 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
Fevralın 1-i üçün ölkədə 616 min 242 vergi ödəyicisi (ötən ilin fevralı ilə müqayisədə +13,1%) olub. Hakimiyyət bölgüsü olmayan Azərbaycan kimi ölkələrdə heç bir sahibkar qanunvericiliyə uyğun fəaliyyət göstərə bilməz. --17D—
-
- Cəmiyyət
- 4 Mart 2015 13:44
-
- İqtisadiyyat
- 4 Mart 2015 14:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz