Finca Azerbaijan kredit portfelini 21,6% genişləndirib
"Finca Azerbaijan" MMC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin 8 ayında $33,05 mln və ya 21,6% artaraq $185,62 mln olub. Portfelin strukturunda mikrokreditləşmə 99,4% paya malikdir.
Cəmiyyətin aktivləri $39,01 mln və ya 23,3% artaraq 1 sentyabr üçün $205,88 mln olub. Müştəri bazası 6,9% genişlənərək 146,51 min nəfərə çatıb.
Problemli kreditlərin payı ilin əvvəli ilə müqayisədə 0,19% səviyyəsində qalıb, mikrokreditləşmədə 0,04 f.b. artaraq 0,19%-ə çatıb.
Fəaliyyəti dövründə təşkilat $791,43 mln kredit, o cümlədən $787,99 mln mikrokredit verib.
"Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. O, "Finca International" beynəlxalq mikromaliyyə şirkəti şəbəkəsinin bir hissəsidir. "Finca Azerbaijan" 4 aydan 24 aya kimi kredit verir. Məbləğ $50-$50 000 arasında olur. Kreditlər üzrə faiz dərəcəsi 21-36%-dir. --15B—
-
- Foto sessiyalar
- 3 Oktyabr 2013 15:14
-
- Siyasət
- 3 Oktyabr 2013 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz