Finca Azerbaijan ötən il portfelini 30,2% artırıb
"Finca Azerbaijan" MMC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli ötən il $35,36 min və ya 30,2% artaraq $152,57 mln olub. Portfelin strukturunda mikrokreditləşmə 99,4% təşkil edib.
Cəmiyyətin aktivləri $39,25 mln və ya 30,8%, artaraq 1 yanvar 2013-cü il üçün $166,87 mln olub. Müştəri bazası 14,2% artaraq 136,96 min nəfərə çatıb.
Problemli kreditlərin payı 0,19%, mikrokreditləşmədə 2011-ci il ilə müqayisədə 0,04 f.b. azalaraq 0,15% olub.
Fəaliyyəti dövründə təşkilat $231,85 mln kredit, o cümlədən $230,5 mln mikrokredit verib.
"Finca Azerbaijan" "Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. O, "Finca International" beynəlxalq mikromaliyyə şirkəti şəbəkəsinin bir hissəsidir. "Finca Azerbaijan" 4 aydan 24 aya kimi kredit verir. Məbləğ $50-$50 000 arasında olur. Kreditlər üzrə faiz dərəcəsi 36-45,6%-dir. --15B-
-
- İqtisadiyyat
- 1 Fevral 2013 16:05
-
- İqtisadiyyat
- 1 Fevral 2013 16:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz