«Fitch Ratings» «Dəmirbank»ın perspektivi barədə bədbindir
"Fitch" beynəlxalq reytinq agentliyi "Dəmirbank" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini "B-" dərəcəsindən "CCC"-yə endirib. Turan-ın məlumatına görə, eləcə də bankın dayanıqlılıq reytinqi "ccc"-dən "f"-ə endirilib.
Agentlik hesab edir ki, bank kapital problemini həll edə bilməyib və ödəniş qabiliyyətini bərpa etmək üçün təcili xarici dəstəyə ehtiyacı var.
Bundan başqa, "Dəmirbank" səhmdar kapitalına 50 mln. manatın əlavə olunacağını elan etsə də, Agentlik bunun Bankın ödəmə qabiliyyətinin bərpası üçün kifayət etməyə biləcəyini açıqlayıb.
Fitch hesab edir ki, bankın bundan sonrakı taleyi AMB-dən və kapital yetərliliyi üzrə məcburi tədbirlər tətbiqindən asılıdır.
Reytinqin «CCC»yə endirilməsi bankın defoltu imkanının real olduğunu göstərir.
«DəmirBank» 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 21 mln manatdır.
Turan bankın özündən şərh ala bilməyib. 71D
-
- Cəmiyyət
- 11 Noyabr 2016 11:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz