arxiv
Gənclər arasında işsizlik artır
Bakıda insan resurslarının idarə edilməsi üzrə ikinci forum keçirilir. «PASHA Hayat Sigorta»nın təşkil etdiyi forumda əsas məruzəçi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevdir.
Onun sözlərinə görə, noyabrın 1-i üçün məçğulluq orqanlarına işə düzəlmək üçün 190 min nəfər müraciət edib. 53 min nəfər işlə təmin edilib, 11 min işsiz statusu alıb. Gənclər arasında işsizlər daha çoxdur – rəsmi məlumata görə, ilin əvvəli üçün gənclərin 13,5%-i işsiz olub. İqtisadi vəziyyətlə bağlı bu rəqəm artır, -deyə o bildirib.
Yanvardan 339,2 min əmək müqaviləsi bağlanılıb, 312,6 min müqavilə ləğv edilib. Tikinti sektorunda 4 min, maliyyə sektorunda 2,7 min nəfər ixtisara düşüb. --17D—
-
- İqtisadiyyat
- 12 Noyabr 2016 15:32
-
- İqtisadiyyat
- 12 Noyabr 2016 17:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz