Gilan Development şirkəti adını dəyişib
Kommersiya hüquqi şəxslərin dövlət reyestrində Gilan ticari markasından istifadə ilə yeni şirkət adı peyda olub –“Gilan Construction and Development” MMC.
İnformasiyanın analizi göstərir ki, “Gilan Group” (köhnə adı “Gilan Holding”) MMC-nin yeni törəməsi yox, 4 dekabr 2015-ci ildə yaradılan “Gilan Development” (VÖEN 1304325251) MMC-dir.
“Gilan Construction and Development” şirkətinin direktoru Elvin İsmayılovdur. O, “Qebele Sport Store” MMC və «Qəbələ Atıcılıq Klubu» MMC-yə də rəhbərlik edir.
Qeyd edək ki, Gilan şirkətlər qrupu daşınmaz əmalk və daşınmaz əmlak obyektlərinin tikintisi sahəsində bir neçə şirkətlə təmsil olunub. Qrup Azərbyacanda və xricdə tikinti biznesində lider yerlərdən birini tutur.
“Gilan Group” şirkətlər qrupuna fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları nəzarət edir. 08D
-
- Siyasət
- 12 Aprel 2016 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz