Günay Bank-ın depozit portfeli 31% genişlənib
"Günay Bank" ASC-nin depozit portfeli yanvar-sentyabrda 30,9% genişlənərək 12,26 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 19% artaraq 9,44 mln manat olub.
2012-ci ilin 3 rübündə bankın aktivləri 37,76 mln manatadək artıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 30,7% genişlənərək 35,03 mln manat olub.
Balans kapitalı 2,8% artaraq 14,83 mln manata çatıb. Məcmu kapital 11,41 mln manat olub. Ödənilmiş nizamnamə fondu 13,02 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri və xərcləri 1,4 mln və 2,37 mln manat təşkil edib. –15B--
-
- İqtisadiyyat
- 12 Noyabr 2012 10:46
-
- İqtisadiyyat
- 12 Noyabr 2012 11:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz