2012-ci ilin sentyabrında ölkə iqtisadiyyatına kredit qoyuluşunun qalığı 323 mln manat və ya 2,8% artaraq 11480,8 mln manat olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, son 12 ayda kreditləşmədə 1813,1 mln manat və ya 18,8% artım olub. Vaxtı keçmiş kreditlərin kreditləşmənin ümumi həcmində xüsusi çəkisi 1 oktyabr üçün 6,6% təşkil edib. Bir il əvvəl o, 6,4% idi.
Qısamüddətli kreditlər il ərzində 108,1 mln manat və ya 3,4%, uzunmüddətlilər 1705,2 mln manat və ya 26,1% artıb. Sonuncuların qalığı 8228 mln manat olub. Uzunmüddətli kreditlərin xüsusi çəkisi 71,7% təşkil edib (bir il əvvəl 67,5%). Kredit qoyuluşunun ümumi həcmində özəl bankların payı 63,4%, Beynəlxalq Bankın payı 33,8% olub. Qalan 2,7% qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Banklar tərəfindən iqtisadiyyatın real sektoruna bütün kreditlərin 98,4%-i, maliyyə sektoruna 1,6%-i yönəldilib. 1 oktyabr 2012-ci il üçün fiziki şəxslərə 4042,5 mln manat və ya ümumi göstəricinin 35,2%-i, xidmət və ticarət sahəsinə 2846,1 mln manat və ya 24,8%, energetika və təbii ehtiyatlara 403,6 mln manat və ya 3,5%, tikinti və əmlak sahəsinə 1103,4 mln manat və ya 9,6%, sənaye və istehsala 774,9 mln manat və ya 6,7%, nəqliyyat və rabitəyə 439,1 mln manat və ya 3,8%, kənd təsərrüfatı və emala 528,8 mln manat və ya 4,6% və s. kredit verilib.
Xarici valyuta ilə kredit payı 32,5% olub. 2011-cu ilin müvafiq tarixi üçün iqtisadiyyatın xarici valyuta ilə kreditləşməsinin payı 37,7% idi.
Kredit qoyuluşunun 88-i Bakının payına düşüb. Vaxtı keçmiş kreditlərin 84,7%-i də paytaxtın hesabındadır. Ölkə üzrə orta kredit dərəcəsi 15,4% olub.
(ötən ayla müqayisədə 0,1% az).
AMB-nin məlumatına əsasən, manat kreditləri üzrə orta faiz dərəcəsi sentyabrda 0,04% artaraq 15,43%, xarici valyuta ilə kreditlərdə 0,01 f. b. artaraq 15,53% olub. İllik kəsimdə manat resursları 0,64 f.b., valyuta resursları 0,81 f.b. ucuzlaşıb.
Bu ilin 1 oktyabrı üçün manat kreditləri fiziki şəxslərə illik 18,48%-lə, valyuta kreditləri 22,42%-lə verilib. Hüquqi şəxslər üçün bu göstərici müvafiq olaraq 13,47% və 12,37% təşkil edib. --15В--
Rəy yaz