Hesablama Palatası ARDNF-dən dövlət büdcəsinə transfertləri azaltmağı təklif edir
2016-cı ilin dövlət büdcəsi proqnozlaşdırılmasına başlanılır. Hesablama Palatası da bu prosesdə iştirak edəcək.
Palatanın sədri Vüqar Gülməmmədov bu gün qeyd edib ki, bu qurum büdcəyə transfertlərin optimallaşdırılması düzgün sayır.
«Bütün tövsiyələr dövlət vəsaitlərinin səmərəli və qənaətlə xərclənməsi ilə bağlıdır. Təklif edirik ki, dövlət borclarının idarə edilməsi optimallaşdırılsın və Neft Fondundan dövlət büdcəsinə transfertləri azaldılsın», - deyə o bildirib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, 2016-cı ilin dövlət büdcəsi haqqında qanun sentyabrın 1-dək Nazirlər Kabinetinə təqdim edilməlidir. Maliyyə Nazirliyi parlament seçkilərindən sonra sənədi Milli Məclisə göndərəcək. --17D—
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 11:29
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 11:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz