Həyat sığortası klassik növləri sıxışdırır
“Paşa Sığorta” I rübdə 24 mln 455,66 min manat mükafatv yığıb. Bu, ötən ilkindən 1,36 mln çoxdur və bütün mükafatların 23,9%-dir.
Şirkətin yanvarın sonunda xüsusi çəkisi 41,7% idi. Demək, digər iştirakçılar ona yaxınlaşmağa çalışır. İkinci ildir ki, şirkət ARDNŞ ilə KTS üzrə 20 mln-luq müqavilə bağlayır. Sığorta bazarında ümumi məhsul da çoxdur – ötən ilin I rübündə 81,64 mln manat toplanmışdı, bu il bu göstərici 102,23 mln manatdır.
İkinci ildir, “Atəşgah Həyat Sığorta” bazarda ikinci olur. Bu il o, 9 mln 509,98 min manat mükafat (ötən il 6,78 mln) toplayıb. “Paşa Həyat Sığorta” ötən il 1,25 mln toplamışdı və onluqda deyildi, bu il 8 mln 351,58 min manatla üçüncüdür.
“AzSığorta” dördüncü yerə qayıdıb. Ötən ilin I rübündə o, 7,73 mln toplamışdı, bu il 8 mln 19,6 min manat yığıb.
“AzərSığorta” və “İpək yolu Sığorta” beşlik uğrunda mübarizə aparır. Onlar müvafiq olaraq 7 mln 624,35 min manat və 6 mln 401,63 min manat toplayıb.
Həmişə üçüncü olan “Atəşgah” çətin ki əvvəlki mövqeyini bərpa etsin. BSŞ 3,44 mln manatla 8-ci, Standard Insurance” (3,41 mln) 9-cu, AXA MBASK (3,13 mln manat) onuncudur.
Ödənişlər üzrə “Paşa Sığorta” liderdir. I rübdə o, 5,8 mln manat ödəniş edib. --17D—
-
- Siyasət
- 17 Aprel 2013 15:39
-
- İqtisadiyyat
- 17 Aprel 2013 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz