Hökumət büdcə kəsirini enerji daşıyıcılarının qiymətini artırmaqla ödəmək istəyir
Tarif Şurasının qərarı ilə 3 dekabr 2013-cü ildən benzin və dizel yanacağının pərakəndə, bir sıra neft məhsullarının topdansatış qiymətlərini artırılıb.
Tarif Şurası Dövlət Neft Şirkətinin müraciəti əsasında Aİ-95 benzininin qiymətini 1 litr üçün 80 qəpik (əvvəl 0,60 idi), Aİ-92 və Aİ-80 benzininin qiymətini 1 litr üçün 70 qəpik (əvvəl 0,55), dizel yanacağının qiymətini 1 litr üçün 60 qəpik (əvvəl 0,45) təyin edib. Qiymətlər dekabrın 3-dən qüvvədədir.
Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.
Qeyd edək ki, son dəfə ölkədə neft məhsullarının qiyməti 2007-ci ilin yanvarında artıb.
Ekspertlər bildirir ki, artım gələn ilin büdcəsinin 2 mlrd manat kəsirlə proqnozlaşdırılması ilə bağlıdır. Neftin bahalanması bütün mal və xidmətlərin bahalanması ilə nəticələnəcək. Bu isə vergi artımı və büdcə kəsirinin azalması ilə nəticələnəcək. Hökumət bu ili, yəqin ki, büdcə profisiti ilə başa vuracaq. Qalıqlardan 2014-cü ilin kəsirini ödəmək üçün istifadə olunacaq. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz