Hökumət Neft Fondunun xərclərini xeyli azaldır
Gələcəkdə AR Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər xeyli azaldılacaq.
Hökumətin dünən Milli Məclisdə təqdim etdiyi ümumi büdcə proqnozlarına əsasən, 2014-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 9 mlrd. 337 mln. manat (cari kursla 11 mlrd. 925 mln. dollar) təşkil edəcək.
Qeyd edək ki, bu il neft gəlirlərinin dövlət büdcəsinə birbaşa transfertlərinin həcmi 11 mlrd. 350 mln. manat (14 mlrd. 495 mln. dollar) səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, gələn il dövlət büdcəsinə transfertlərin 17,7% azaldılması planlaşdırılır.
Turan-da olan məlumata görə, ARDNF-nin investisiya xərcləri də xeyli azaldılacaq: cəmi 1 mlrd. 921 mln. manat (2 mlrd. 453,5 mln. dollar). Bu il bu məqsədlə 6 mlrd. 915 mln. manat (8 mlrd. 831 mln. dollar) ayrılıb. İnvestisiya xərcləri üzrə azaltmalar 72,2% və ya 4 mlrd. 993,9 mln. manat təşkil edəcək.
Bu zaman 2014-cü ildə ARDNF-nin ümumi xərclərinin 11 mlrd. 291 mln. 800 min manat (14 mlrd. 421,2 mln. dollar) olacağı gözlənilir. 2013-cü ilin proqnozları ilə müqayisədə Neft Fondunun xərcləri 2 mlrd. 108 mln. 200 min və ya 15,7% azalacaq. -0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz