Hökumət ÜDM-in 5,2% artdığını bildirir
2013-cü ilin yanvar-avqust ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi neft sektorunda 0,1% azalmaya rəğmən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2% artıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
ÜDM mütləq ifadədə 37 419 mln manat olub. Bunun 20 645 mln-u qeyri-neft sektorunun payına düşür. Dövlətstatkom burda 10,3% artım qeydə alıb. Nəticədə ÜDM strukturunda qeyri-neft sektorunun payı 55,2%-ə çatıb. Ötən il bu göstərici 51,1% idi.
İlk dəfə ÜDM-in formalaşmasında sənayenin rolu 50%-dən aşağı düşüb. Yanvar-avqustda bu göstərici 47,2% olub. ÜDM-də tikinti sektorunun payı dövlət investisiyaları sayəsində 11%-ə çatıb. Xidmət sektoru 29% paya malik olub.
8 ayda adambaşına ÜDM 3,9% artaraq 4 035,7 manat və ya $5 143,6 olub. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz