Holcim-Azerbaycan ASC-nin maliyyə göstəriciləri kəskin pisləşib
Holcim (Azerbaycan) ASC 2015-ci il üçün auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını açıqlayıb. Audit rəyini Ernst & Young Holdings (CIS) B.V şirkəti verib.
Hesabata əsasən, iki illik yüksək dividend siyasətindən sonra şirkət 99,1 mln manat ziyanla işləyib. Halbuki 2014-cü ildə şirkətin xalis mənfəəti 39,7 mln manat olub.
Ziyanın əsas hissəsi (89,7 mln manat) məzənnə fərqinin nəticəsində yaranıb. Bunun necə baş verdiyi açıqlanmır. Şirkət xammalın əsas hissəsini ölkədə alır, hazır məhsulu da ölkədə satır.
2015-ci ildə zavodun satış həcmi 50 mln manat və ya 37% azalaraq 84,6 mln manat olub. Məhsulun maya dəyəri ilə bağlı xərclər isə (51,4 mln manat) cəmi 5 mln manat azalıb.
2015-ci ildə şirkət naməlum səbəbdən inzibati xərcləri (43,6 mln manat) 31 mln manat artırıb.
Maliyyə hesabatına əsasən ehtimal etmək olar ki, Holcim (Azerbaycan) ASC 2015-ci ildə əsas səhmdarlarından müəyyən qədər kredit alıb. İl ərzində SC ilə bağlı şirkətlrədən alınan uzunmüddətli kreditlərin həcmi 69,4 mln-dan 167,5 mln manata, qısamüddətli kreditlər 15,3 mln-dan 27,6 mln manata artıb.
Holcim (Azerbaycan) ASC üzərində LafargeHolcim (66%) şirkəti nəzarət edir. AYİB Qaradağ sement zavodunda 10% səhm sahibidir. 08D
-
- Sual-cavab
- 20 Aprel 2016 13:46
-
- Cəmiyyət
- 20 Aprel 2016 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz