Horex Caucasus 2013 sərgisində 30 şirkət iştirak edəcək
Aprelin 4-dən 6-dək Bakıda Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri – «HOREX Caucasus 2013» VII Qafqaz Beynəlxalq «Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi keçiriləcək.
Sərginin təşkilatçısı «ITE Group» və «Iteca Caspian» şirkətləridir.
«HOREX Caucasus 2013» sərgisində mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək.
Sərgi Azərbaycanın regionlarından olan əksər mehmanxanalarının iştirak etdiyi «AITF-2013» Azərbaycan Beynəlxalq «Turizm və səyahət» sərgisi ilə eyni meydançada keçiriləcək. Sərgilərin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə «HOREX Caucasus 2013» sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün imkan yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar və ustad dərsləri keçirəcək və burada iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər.
HOREX Caucasus Azərbaycanda inkişaf etməkdə olan otel və turist biznesinin tələbatını əks etdirir və üç gün ərzində otel və restoran sənayesi peşəkarları üçün işgüzar meydançaya çevriləcək. 08В
-
- Siyasət
- 4 Mart 2013 12:22
-
- İqtisadiyyat
- 4 Mart 2013 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz