İcbari Sığorta Bürosunun reyestrinə yeni əlavə
“Paşa Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçıların reyestrinə daxil edilib. Beləliklə burda iştirakçı sayı 13-ə çatıb.
"Paşa Həyat Sığorta" ASC Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin № DX-04/03-355, 14.02.2014-cü il tarixli razılıq məktubuna əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün 19 fevral 2014-cü il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir”,- məlumatda qeyd olunur”, deyə İSB məlumat verir.
Maliyyə Nazirliyində Turan-a bildiriblər ki, «Atəşgah Həyat Sığorta» və «Qala Həyat Sığorta»nın sənədlərinə baxılır.
Sığorta qanunvericiliyinə düzəlişə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə məşğul olan şirkətlər İSB-yə üzv olmalıdır.
«Paşa Həyat Sığorta» 2011-ci ilin fevralında faktik fəaliyyətə başlayıb. Təsisçisi «Pasha Holding» kommersiya strukturu, nizamnamə kapitalı 25,2 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 19 Fevral 2014 12:17
-
- Foto sessiyalar
- 19 Fevral 2014 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz