İki rayonda təsərrüfatdaxili suvarma-drenaj sisteminin bərpası başlayıb
Ağdaş və Yevlax rayonlarının bir neçə kəndində təsərrüfatdaxili suvarma-drenaj sisteminin bərpası başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihə və Kreditlərinin İdarə edilməsi Xidmətində Turan-a deyiblər ki, 4 ildə 75 min hektaradək sahədə təsərrüfatların suya olan tələbatının ödənilməsi yaxsılaşdırılacaq.
İşlər “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə Beynəlxalq Kənd Təsərrüfatı Fondu (İFAD) və İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə 2012-ci ildən həyata keçirilir. Bu donorlar hökumətə 35 illiyə (güzəştli ödəniş müddəti 10 il) $19,7 mln və $66,4 mln ayırıb. Digər beynəlxalq təşkilatlar $2,7 mln həcmində texniki yardım göstərir. Azərbaycan hökuməti layihəyə $13,1 mln ayırır.
Dörd rayonda (Ağdaş, Yevlax, Oğuz, Şəki) bu layihədən mənfəət əldə edəcək vətəndaşların əməyi $2,4 mln qiymətləndirilib. Bu rayonlarda fermerlər güzəştli kənd təsərrüfatı kreditlərinə çıxış imkanı əldə edib. Layihə 2019-cu ildə başa çatacaq. 08B
-
- Siyasət
- 1 Dekabr 2016 12:48
-
- Söz istəyirəm
- 1 Dekabr 2016 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz