İkigünlük bank və maliyyə forumu işə başlayıb
Bu gün Bakıda Azərbaycan Bank və Maliyyə Forumu öz işinə başlayıb
Adam Smith Conferences tərəfindən təşkil edilən forumda beynəlxalq maliyyə bazarlarında Azərbaycanın rolu, investisiya-bank fəaliyyəti, xarici və yerli maliyyə institutları arasında əlaqələr, pərakəndə bank məhsullarının, korporativ maliyyə alətlərinin inkişafı və digər mövzular müzakirə ediləcək
Paşabankın (sponsor) məlumatına görə, forumun işində müxtəlif dövlət və özəl qurumların 100-dən artıq nümayəndəsi iştirak edir. Onların arasında Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Azərbaycan Mərkəzi Bankı, “PAŞA Bank” və s. var.
PAŞA Bankın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımovun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi fikir mübadiləsi və bizneslə dövlət strukturlarının nümayəndələri, o cümlədən, yerli və xarici ekspertlər arasında peşəkar dialoqun qurulması baxımından zəruridir. T. Kazımov deyib ki, bu forumun mütəxəssislər arasında bank sektorunun, aktivlərin idarə olunmasının, kapital bazarlarının və digər istiqamətlərin gələcək inkişafına dair fikir mübadiləsi üçün əlverişli platformaya çevriləcəyinə əminliklə inanırıq”. --17D—
-
- İqtisadiyyat
- 4 Fevral 2015 14:46
-
- İqtisadiyyat
- 4 Fevral 2015 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz