İl ərzində kredit qoyuluşları 21,3% azalıb
2017-ci ilin yanvarında kredit qoyuluşları 1,75% və ya 279 mln 600 min manat artaraq, 16 mlrd 250,8 mln manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə kredit qoyuluşları 21,3% və ya 4 mlrd 353 mln 100 min manat azalıb.
Bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 1 fevral 2017-ci il üçün 1,6% artaraq 16 mlrd 705,2 mln manat olub.
Yanvarın sonuna verilmiş kreditlərin 8 mlrd 406,8 mln manatı (azalma 3%) milli valyuta, 8 mlrd 298,3 mln manat (artım 6,6%) xarici valyuta ilə verilib. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz