İlin əvvəlindən dövlət büdcəsində neft gəlirlərinin payı 73,5%-dir
2013-cü ilin 9 ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 mlrd 330 mln manat, xərcləri 12 mlrd 719 mln manat olub. Nəticədə 3 rübdə büdcədə 1 mlrd 610,3 mln manat profisit yaranıb.
Maliyyə Nazirliyinin məlumatına görə, bu dövrdə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 mlrd 929,9 mln manat daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 375,4 mln manat və ya 8,2% çoxdur. Bu mədaxilin 44,6%-i və ya 2 mlrd 197,9 mln manat neft sektorunun (ARDNŞ-nin məlumatına görə, şirkət 9 ayda büdcəyə 1 mlrd 185 mln 92 min manat, qalan neft şirkətləri 1 mlrd 12 mln 808 min manat ödəyib) payına düşüb.
2013-cü ilin 3 rübündə ARDNF-dən dövlət büdcəsinə transfertlər 8 mlrd 339 mln 900 min manat olub. Ötən ilin bu dövründə ARDNF-dən dövlət büdcəsinə transfertlər 7 mlrd 38 mln 400 min manat idi. Yəni ARDNF-dən dövlət büdcəsinə transfertlər 1mlrd 301 mln 500 min manat və ya 18,5% artıb.
Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin hesablamasına görə, ARDNF-dən dövlət büdcəsinə transfertlər də nəzərə alınanda neft gəlirlərinin dövlət büdcəsinin formalaşmasındakı payı 2013-cü ilin 3 rübündə 10 mlrd 537 mln 800 min manat və 73,54% olub. –12В--
-
- Siyasət
- 14 Oktyabr 2013 12:03
-
- İqtisadiyyat
- 14 Oktyabr 2013 12:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz