İlin əvvəlindən şirkətlər 211,5 mln manat cəlb edib
yanvar-fevralda yerli şirkətlər nizamnamə kapitalını artırmaq üçün kapital bazarından 211,5 mln manat cəlb edib. Bu, korporativ qitiqrazlar hesabına cəlb ediləndən 9 dəfə çoxdur.
Bakı Fond Birjasından verilən məlumata görə, səhm yerləşdirilməsi sektorunun əsas fiquru «Azərbaycan Beynəlxalq Bankı» ASC (110,8 mln manat) və «Kapital Bank»dır (70 mln manat). İki ayda cəlb edilənlərin 85%-i onların payına düşür.
“AtaHolding” ASC fevralda nizamnamə kapitalını 2,5 mln manat artırıb. Bunun 2,4 mln-u “Atasığorta” ASC-nin nizamnamə kapitalının 10 mln manata qaldırılmasına yönəldilib.
Ötən ay “Atrabank”, “Günaybank” və “Əmrahbank” səhmdarları öz şirkətlərinin nizamnamə kapitalına 25,7 mln manat yönəldib.
Korporativ istiqrazlar bazarında 4 maliyyə təşkilatının qiymətli kağızları yerləşdirilib (“Finanslizinq”, “Joint Lizinq Kompani” “Kredit House” və “Parabank”) və bir sənaye-tikinti şirkətidir (“Akkord” ASC). Bu QK-lar üzrə dərəcələr illik 8-15%-dir.
QK bazarında banklar və sığorta şirkətləri aktivlik göstərir. Mütəxəssislər bunu kapitalın cəlb edilən depozitə adekvatlığı zərurəti, nizamnamə kapitalının minimal səviyyəsinə tələblə əlaqələndirirlər. Digər şirkətlər kapital bazarına praktik olaraq müraciət etmir. 08B
-
- Cəmiyyət
- 3 Mart 2014 14:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz