İlk dəfə əhalinin manat əmanətləri artıb
İyunda banklarda əhalinin əmanətləri 195 mln manat artaraq 7 mlrd 761 mln manat təşkil edib, deyə Əmanətlərin Sığortası Fondu bildirir.
Bu, ilin əvvəlindən əmanətlərin ilk artımıdır. Beş ayda əmanətlər 20,14% və ya 1 mlrd 908 mln manat azalıb.
Əmanət artımı hökumətin ləğv edilən «Zaminbank», «Parabank», «Dekabank» və «Kredobank»ın əmanətçilərinə kompensasiya verilməsi üzrə addımları ilə eyni vaxta düşüb.
Bu, dövlətin öhdəliyini ödəyəcəyinə etimadın artmasından xəbər verir.
2015-ci ildə əhalinin əmanətləri 4 mlrd 422,4 mln manatdan 1 mlrd 420,2 mln manata azalıb. Əmanətlər əsasən valyutaya konvertasiya edilib.
2015-ci ildə əhalinin valyuta əmanətləri 3 dəfə artaraq 8 mlrd 053,7 mln manat təşkil edib.
Hazırda valyuta əmanətləri bütün əmanətlərin 85%-dir.—0—
-
- Cəmiyyət
- 6 Avqust 2016 11:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz